Fariz Məmmədov: "Əvvəl meydana girəndə dava kimi döyüşdüm"
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov alman Matias Pelklə iyunun 7-də Almaniyada baş tutacaq revanş döyüşündən öncə mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, peşəkar boksçu Qəbələdə "Karvansaray" oteldə jurnalistlərin suallarını cavablandırıb:
- Qəbələdəki son döyüşümdən sonra bütün saytları izlədim. Mətbuat işçilərindən heç birindən mənfi ifadə görmədim, eşitmədim. Ona görə Azərbaycan mətbuat işçilərilə qürur duydum. Sevgim daha da artdı. Azərbaycan mətbuatı Fairizn məğlubiyyətini qəbul etmək istəmirdi. Həqiqətən də özümü məğlub saymırdım. Özünüz də gördüz ki, 8 raundda ancaq mən irəli getdim. Döyülə-döyülə oyunu saxlasaydım, bu biabırçılıq olardı. Ancaq gördüz ki, bir dəfə naqdaunda saldım. Altı raundda aktiv mən idim. Hakimlər də dedi ki, 6 raundda mən udmuşdum. Yarışa iki həftə qalmış,sinəmdən zərbə aldım. Buna baxmayaraq, dedim, boş şeydi. Berqlə döyüşdə yaxşı formada idim. Səhv hər zaman olur. Səhərisi gün həkimə getdim. Həkimim də savadlıdı. Rentgen etdik. Amma qırığı göstərmədi. Hamı məsləhət gördü ki, risk etmə. Çünki qarşımdakı rəqib də elə-belə deyildi. Ancaq istəyirdim ki, qazanam. Səkkiz raundda artıq ikinci raunddan yox idim. Çünki ağrı məni şoka salmışdı. Yenə özümü məğlub saymıram. Hətta məğlub sözünü işlədəndə əziyyət çəkirəm. Sadəcə döyüşü dayandırdım. Sizin yazacağınız pis şeydən sonra boksu buraxa da bilərdim. Sizdən dəstək aldım. Bu döyüşdən sonra boksda qalmağıma “Qəbələ” idman klubu da dəstək verdi. İstənilən halda oyunda Matiasın əli qalxdı. Qalib oldu. Amma mənə klubdan dəstək oldular. Altı aydı revanşla yaşayıram. Həmin birinci yarışdan sonra heç dincəlməmişəm. “Qəbələ” yeganə idman klubudu ki, Azərbaycanda minlərlə gənclərin sağlam böyüməsinə imkan verir. Mən bu klubu təmsil etdim, ya etmədim. “Qəbələ”yə görə minlərlə gənclər sağlam ruhla böyüyürlər. Gələn həftənin altıncı günü yerli vaxtla 12-13 radələrində Hamburqda 8 döyüş olacaq. Əsas döyüş bizimki olacaq. Matias Pelk mayın 10-da dünya çempionluğu uğrunda döyüşüb. Pelk nə qədər güclü məşqə etsə də, bu mənimü üçn ancaq xeyirdi. Qarşıdakı döyüşümə fiziki gücümü artırmağıma köməkdi. Hazırlığımı da məşqçim ifadə edəndə sevindim. Hər məşqdən sonra dərdləşirik. Bunun üçün Lazaroya təşəkkür edirəm. Bütün kaprizlərimə dözdülər, istəklərimi yerineə yetirdilər məşqçilər.
- Revanşa hazırlıqda sparrinq rəqiblər çox deyildi. Səbəb nə idi?
- Matiası yaxından izləyəən məşqçilərim oldu. Satamayorla döyüşdüm. Ruhin Şabanovla da oynadım. Üçü də Matias kimi 1,82 boya malikdi. Məşqçilər də hər üçünü Matias kimi oyuna hazırladı.
- Pelklə ilk döyüşdən özün üçün hansı nəticə çıxarmısan?
- Bəli. Pelklə döyüşə çıxanda Azərbaycanda 10 ildi ki, döyüşmürdüm. Həvəsim istəyim çox olsa da, zədə imkan vermədi. Oyunumu da istədiyim kimi qura bilmədim. Əvvəl meydana girəndə dava kimi döyüşdüm. İndi isə vuruşmağa, dalaşmağa üstünlük evrmirik. Taktikamız dəyişəcək. Onunla daha çox vuruşmaq istəyirəm. Ona daha çox zərbələr vurmaq istəyirəm. Friz Məmmədovun uduzmağa haqqı yoxdu. Dostum dedi ki, o qədər dedin, uduzdun. Gərək deməzdin. İndi də deyirəm, Farizin uduzmağa haqqı yoxdu. Futbol komandamız kubokda penaltiləri vura bilmədi. Pis oldum. Ancaq mütəxəssislərin biri dedi ki, Roberto Baggio kimi futbolçu finalda Braziliyaya qol vura bilməyib. Yəni idmanda hər şey olur. Heç nədən narazılıq etməli deyilik. Mənə elə gəlir ki, Fariz Qəbələdə qalib gəlməyi bu qədər effekt verməzdi, nəinki Pelki Almaniyada “evində” məğlub etmək.
- Nə yaxşı özünə bu qədər güvənirsən?
- 2013-cü ilin avqust ayından Pelklə oyuna hazırlaşıram. On aydı mən Pelklə görüşə hazırlaşıram. İnanıram ki, zəhmətimin bəhrəsi də olacaq. Allah da kömək olacaq.
- Şər deməsən, xeyir gəlməz. Oyuna qisas kimi çıxacaqsan. Məğlubiyyət olarsa, nə qərar verəcəksən?
- Bu dəfə məğlubiyyət haqda danışmaq istəmirəm. On ilə yaxın idi, Azərbaycanda döyüşmürdüm. Zədəli olduğum üçün və yüksək rütbəli şəxslərin zalda mənə tamaşa etməyi məni daha çox həyəcanlı etməli idi. Hər bir boksçu həyəcan çəkməlidi. İlk oyunda səhv etdim. İndi gedirəm düzəltməyə.
- Qələbəni lap çox istəmək də idmançını “yandırar”. Ola bilər ki, qisas hissi sənin gözünü tutsun? Psixloji baxımdan hər hansı hazırlıq almısan?
- Azərbaycanlıyıq. Qanımız qaynayır. Hamı düşünür ki, Fariz qisasa gedir. İdman sənət əsəridi. Biz Pelklə rinqdə rəqibik. Ancaq qarşılaşanda bir-birimizə hörmətimiz var. Yox qardaş, qisas üçün getmirəm. Bu işə peşəkar səviyyədə yanaşıram. Yalnız qələbə üçün gedirəm. Biz bir-birimizə sübut etmək istəyirik ki, mən səndən daha yaxşıyam. Rinqə sakit çıxacam. İnşallah sizi sevindirəcəm.
- Qələbədən sonra yeni hədəf varmı?
- Bu dəfə mən Matiasla revanşı istədim. İmtina da edə bilərdi. O, məndən qəbul etdi. Müqavilə bağlayanda şərtim oldu ki, revanş istəyirəm. Revanşda qalib gəlsəm, ola bilsin ki, üçüncü dəfə görüşdüm. İstəyirəm ki, yenidən Qəbələdə keçirilsin. Hədəfim Matiasa qalib gəlməkdi. Məhz matçdan sonra oturub müzakirə edəcəyik. Mütləq Avropa çempionu olmaq istəyirəm. Birinci məqsəd bizdən alınan kəmərləri geri gətirməkdi.
- Matiasın elə üstün cəhəti var ki, sizi qorxutsun?
- Matias qucaqlaya-qucaqlaya məni bezdirmişdi. Bütün döyüşlərində belə qalib gəlir. Səkkiz raundda məni qucaqladı. Qucaqlaya-qucaqlaya da qalib gəldi (gülür). Bundan da çıxış yolu tapdıq. 22 döyüş keçirib, 22 qelebesi var. Hamısını da qucaqlaya-qucaqlaya udub. Sparrinq rəqiblərim də məni qucaqlayırdı ki, Matiasla oyuna hazırlaşırıq. İnşallah, 9-u Almaniyadan kemerle qayıdacağıq.
saytlarin hazirlanmasi