"Neftçi" rəsmisi forma məsələsinə aydınlıq gətirdi: "Biz Bakıdan özümüzlə top, "nakitka" gətirmişdik, amma..."MÜSAHİBƏ

14:41 - 31 May 2014

Səmədağa Şıxlarov: "Nəticə bizim üçün ikinci plandadır"
 
"Neftçi"nin aşağı yaş qrupları üzrə komadaların seleksiya məşqçisi Səmədağa Şıxlarovun Sportal.az-a müsahibəsi
 
-    Dünən mətbuatda  “III Qəbələ Kuboku” ərəfəsində “Neftçi”nin 15 yaşlılardan ibarət komandası “Udineze” ilə oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirərkən futbolçular “nakitka” tapmadılar və buna görə formalarını çıxararaq məşq etdilər. Bu məsləyə aydınlıq gətirərdiniz...
-    İlk olaraq, “Qəbələ” klubuna minnətdarlığımı bildirirəm ki, belə turnir təşkil edib. Həqiqətən də turnir təşkilatçılıq baxımından super səviyyədədir. İstər mehmanxanaları, istərsə də futbolçuların qidalanması üçün hər cür şərait var. Biz bir neçə belə turnirlərdə iştirak etmişik. Ancaq bu turnir təşkilatçılığına görə, digər klublardan fərqlənir. Deyərdim ki, Avropa ölkələri bu yarışa baxıb örnək götürməlidir. Belə turnirlər həm də futbolçularımız təcrübəsi artırmaq baxımından da yaxşıdır. Qaldı ki, “nakitka” məsləsinə. Bundan əvvəlki üç oyunda “Qəbələ” rəhbərliyi bizi həm top, həm də “nakitka”larla təmin eləmişdi.  Sadəcə dünən bizim oyundan əvvəl yarımfinal oyunları keçirilirdi. Orada da bütün diqqət ora yönəlmişdi, ona görə, yəqin işçilər bizə “nakitka” ayırmağı unudublar. Burada böyüdüləsi heç bir şey yoxdur. Biz özümüzlə Bakıdan forma, top, “nakitka” gətirmişdik, amma əvvəlki oyunlarda “Qəbələ” təmin etdiyinə görə, biz həmin oyunda həmin geyimləri oteldə qoymuşduq. Bu xırda problemdir. Təşkilatçılıq baxımından bir daha xatırladıram ki, hər şey əladır. Bir klub rəsmisi olaraq, “Neftçi” adından “Qəbələ” prezidentinə, rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

-    Komandanız 4 oyunun hamısında məğlub oldu. Bu nəticəni fiasko adlandırarsınız?
-    Yox, belə deməzdim. Bu turnirə gələndə də bildirmişdim ki, bizim üçün nəticə ikinci plandadır. Bizim əsas məqsədimiz futbolçu yetişdirməkdir ki, belə turnirlər də bizim məqsədimizə çatmağımıza yardımçı olur. İstəyirik ki,  yetişdirdiyimiz futbolçular ölkə xaricində oynayıb Azərbaycanı tanıtsınlar.

-    Komandanızın oyunundan razı qaldınız?
-    Tam razı deyiləm, bəzi mövqelərdə çatışmazlıqlarımız var, xüsusi ilədə hücum xəttində. Biz burdan qayıtdıqdan sonra klub prezidenti ilə görüşümüz olacaq, turnir haqqında fikirlərimi həmin iclasda bildirəcəm. Təbii ki, bizdə istəyərik ki, bizim də "Anderlext "kimi komandamız olsun.

-    Mətbuatda belə bir məsələ yayıldı ki, 15 yaşlılardan ibarət komandanızın baş məşqçisi Ramil Həbibov komandanı tərk edərək “Neftçala”ya yeni baş məşqçi təyin olunmuş Kamal Quliyevin köməkçisi olacaq.
-    Düzü, bu xəbəri ilk dəfə sizdən eşidirəm. Əgər belə bir şey olarsa, Ramil ilk olaraq klub rəhbərliyini, daha sonra isə məni xəbərdar etməlidir. Amma hələlik bu barədə heç bir müraciət olunmayıb.
 
Yusif HÜSEYN

Xəbər xətti