"Azərbaycan çempionatı dünya reytinqində elə də yüksək yer tutmur"

18:00 - 31 May 2014

Marat İzmayılov “Qəbələ”dən danışdı
 
“Portu”ya məxsus yarımmüdafiəçi Marat İzmayılov geridə qalan mövsümün 4 ayını  icarə əsasında “Qəbələ”də keçirdi. Sportal.az xəbər verir ki, rusiyalı futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında Rusiya millisinin dünya çempionatında şanslarını dəyərləndirib:
 
“Milli komandaya çağrılan futbolçuların siyahısını bilirəm. Əslində baş məşqçi düzgün seçim edib. Mənim millidəm kənarda qalmağım aydın məsələ idi. Portuqaliyada altı ay futbolsuz qaldım,  mövsümün qalan 4 ayını “Qəbələ”də oynadım. Azərbaycan çempionatı elə də güclü olmadığı üçün dünya reytinqində yüksək yer tutmur. Bunu nəzərə alanda milli komandada yer almayacağımı əvvəlcədən də bilirdim. Fabio Kapellonun oyunçu seçiminə söz ola bilməz.  Onun başçılığı ilə milli komandamız 100 faiz qrupdan növbəti mərhələyə vəsiqə qazanacaq”.
 
İzmayılov “Qəbələ” klubunun çıxışına da qiymət verib:
 
“Cari mövsüm “Qəbələ” yaxşı nəticə göstərdi. Bu vaxta qədər komanda 6-cı pillədədn yuxarı qalxa bilməmişdi. İndi “Qəbələ” həm 3-cü yerlə  bürnc medala sahib oldui həm də avrokuboklara vəsiqə qazandı. Bundan savayı komanda ölkə kubokunda finala qədər irəlilədi. Azərbaycana getmədən əvvəl altı ay futbol ounamırdım, sadəcə məşq etməklə kifayətləndim. Ona gərə də mənim üçün oynamaq bir qədər çətin idi. Fiziki cəhətdən hazır olandan sonra “Qəbələ”də oyun təcrübəsi qazandım. İndi özümü yaxşı hiss edirəm demək olar kİ,  formadayam”.        

Xəbər xətti