- Yaxşı oynadıq, amma təəssüflər olsun ki, bizə lazım olan qolu vura bilmədik. Rəqibimiz hava toplarında çox yaxşı idi, cərmə meydançasına ötürdüyümüz bütün hava toplarını qarşılayırdılar. “Fənərbaxça” bir qol vurdu, daha sonra isə müdafiədə inamlı təsir bağışladı.
- Yarımfinala kimi gəldiniz. Bunu komanda üçün uğur hesab etmək olar?
- Əsla, çünki bizim hədəfimiz qalib olmaq idi. İndi isə üçüncülük uğrunda mübarizə aparacağıq. Bu oyunda qalib gəlib ölkəmizə medalla qayıtmaq istəyirik.
- Bildiyimiz qədər, “Bavariya” ilə müqavilə imzalamısınız.
- Bəli, iki illik müqavilə imzalamışam. Növbəti mövsümü Almaniyada keçirəcəm.
- “Bavariya”ya keçidin necə baş tutdu?
- Bu turnirdən əvvəl də bir neçə turnirlərdə iştirak etmişəm. Oyunumu izlədilər və bəyəndilər. Daha sonra mənə dəvət göndərdilər, mən də məmnuniyyətlə qəbul etdim.
- “III Qəbələ Kuboku” haqqında təəssüratların necədir?
- Hər şey gözəldir, xüsusi ilə stadionlar və təşkilatçılıq. “Qəbələ”yə təşəkkürümü bildiriəm ki, bizə səfərdə olduğumuzu hiss etdirmədilər