"Fənərbaxça"nı finala yüksəldən qolun sahibi: "Bu da gələcəkdə bizim işimizə yarayacaq" MÜSAHİBƏ

00:24 - 1 İyun 2014

"Elə də diqqətimi çəkən komanda olmadı"
 
Bu gün "III Gabala Cup" turnirində final həyəcanı yaşanacaq. Finalda qardaş ölkənin Fənərbaxça komandası Anderlextlə qarşılaşacaq. Fənərin finala vəsiqə qazanmasını təmin edən qolu vuran Türkiyənin U15 milli komandasının futbolçusu Alparslan Demir Sportal.az əməkdaşının suallarını cavablandırıb:


- “Rapid”i məğlub edərək finala yüksəldiniz...
- Finala yüksəldik və heç qol buraxmadan bura qədər gəldik. Bu, məni və komandamı xoşbəxt edir. Ümid edirəm ki, finaldada qol buraxmadan çempion olarıq. Komandamıza güvənirəm.


- Komandanı finala yüksəldən vacib qolu da sən vurdun...
- Bunun üçün Allaha şükür edirəm ki, belə bir sevinci bizə nəsib etdi. Yeni baş məşqçimizlə ilk ilimizdə çempion olmaq istəyirik.


- Artıq 2 gündür buradasınız. Qəbələ haqqında təəssüratların necədir?
- Azərbaycana ilk səfərim idi. Biz Azərbaycanı çox gəzə bilməmişik, amma gözəl təsir bağışladı. Stadionların dağın ətəyində, ağacların arasında yerləşməyi xüsusi gözəllik verir. Biz tərəflərdə belə stadionlara rast gəlmək olmur.


- Belə bir turnir haqqında düşüncələrin nədir?
 Turnir bizim üçün, yəni balaca yaşlılar üçün önəmlidir.Xüsusi ilə başqa ölkələrin komandaları ilə oynamağımız bizə əlavə motivasiya verir. Həm də təcrübəmiz artır. Bu da gələcəkdə bizim işimizə yarayacaq.


- Finala qədər 4 oyun oynadınız. Hansı komandanın oyunu səni cəlb etdi?
- Elə də diqqətimi çəkən komanda olmadı. Finalda “Anderlext”lə qarşılaşacağıq, onlara qarşı oynamadığım üçün rəqib haqda bir söz deyə bilmərəm.

Xəbər xətti