"Neftçi"yə qol vuran futbolçu: "Həyatımda ilk dəfə belə turnirə gəlirəm"

12:17 - 1 İyun 2014

Mixail Aqayev: "Yenə də bu turnirə gəlib, gücümüzü götərmək istəyirik"
 
Ölkəmizdə təşkil olunan III Gabala Cup turniri bu gün yekunlaşacaq. Az öncə paytaxtın Neftçi klubunun U15 komandasını  Lokomotivin U14 komandası 1-0 hesabı ilə məğlub edərək Neftçini turnidən xalsız və sonuncu yola saldı.
Oyunda yeganə qolun müəllifi Mixail Aqeyev Sportal.az əməkdaşı ilə təəssüratlarını bölüşüb:

“Turnir çox gözəldir. Mən həyatımda ilk dəfə belə turnirə gəlirəm. Belə yaxşı komandalar var. Xeyli təcrübə topladıq. Düzdü, komandalar bizdən bir yaş böyükdür. Amma, çox maraqlı və çətin keçdi. Yenə də bu turnirə gəlib, gücümüzü götərmək istəyirik. Həmin vaxt, öz həmyaşıdlarımızla oynamaq yəqin ki, bizə rahat olacaq. Azərbaycana ilk dəfə gəlirəm. Deyim ki, heyran oldum. Elə ona görə də vurğuladım ki, gələn il birdə gəlmək istəyirəm.”

 

Xəbər xətti