Fransa klubunda qadın baş məşqçi

15:30 - 1 İyun 2014

Elen Koşta ilk məşqçi kimi tarixə düşdü
 
Fransada ilk dəfə qadın mütəxəssisin ikinci liqada mübarizə aparan "Klermon Fut"a baş məşqçi təyin olunması sensasiyaya səbəb olub.
 
Sportal.az xəbər verir ki, Elen Koşta Avropanın böyük beşliyində ilk qadın baş məşqçi kimi tarixə düşüb. 36 yaşlı xanımın Fransanın ikinci divizionunda işləməsinə “Arsenal”ın təcrübəli baş məşqçisi Arsen Venger belə münasibət bildirib: 
 
"Qadının baş məşqçi işləməsi normaldır. Necə olur kişi məşqçi qadın futbolunda çalışa bılər, ancaq  qadın kişilərə başçılıq edə bilməz. Elə qadınlar var ki, futbolu kişilərdn yaxşı bilir. Onlara komandada iş vermək lazımdır ki, savadını ortaya qoya bilsinlər. Ola bilsin ki, Elen Koşta əvvəl bir qədər çətinlik çəksin. Ancaq təcrübə toplayandan sonra hər çey yoluna düşəcək. Əgər klub rəhbəri ona etimad göstərsə, onda komanda nəticə də gpstərəcək. Ümid edirəm ki, Elena Koşta qadın məşqçi kimi vəzifəsinin öhdəsindən gələcək. Əgər onun komandası uğur qazanarsa, onda klublarda qadın baş məşqçilərə ehtiyac artacaq.      

Xəbər xətti