" Ən yaxşı yarımmüdafiəçi mükafatını açıq deyim ki, gözləyirdim"
"III Gabala Cup" turnirində ən yaxşı yarımmüdafiəçi seçilən Fənərbaxçanın futbolçusu Mahsun Çapkan final oyunundan sonra fikirlərini Sportal.az əməkdaşı ilə bölüşüb:
"İkinci olduğum üçün xoşbəxt deyiləm. Çempion olmaq istəyirdim. Olmadı. Biz bura yarışmağa gəldik. Hədəfimiz 1-ci olmaq idi. Alınmadı. Artıq nəsə edə bilmərik. Türkiyəyə qayıdırıq. Xeyirlisi olsun. Turnir çox gözəl keçdi. Meydançalar çox yaxşıdır.Azərbaycan da mükəmməl yerdir. Burda əsl qardaşlığı hiss etdim. Sanki öz ölkəmizdə idik. Bizə qarşı çox səmimi davrandılar. Ən yaxşı yarımmüdafiəçi mükafatını açıq deyim ki, gözləyirdim. Allaha şükürlər olsun ki, məni bu mükafata layiq gördülər. Bu turnirin ən yaxşısı biz idik. Məncə kənardan izləyənlər də belə düşünrdü. Bizə olan sevgi də bunu göstərdi. Hər kəsin könlündə birinci olduq. Önəmli olan da budur".
saytlarin hazirlanmasi