“Bura gəldim, amma, çox təəssüf ki, Rəşad Sadıqovla əlaqə saxlaya bilmədim. Rəşad Sadıqovla “Kayserispor”da oynadığımız zamanda istəniləni verə bilməməsinin səbəbi, məncə öz mövqeyində oynamaması idi. Ərtuğrul Sağlamın öz beynində formalaşdırdığı fəlsəfə var idi. Bu sistemdə Rəşadı faydalı ola biləcəyi mövqedə oynatmadığı üçün sıxıntılar yaşandı. Ona görə getdi. Yoxsa, Rəşadın futbolçuluğuna deyiləcək söz yoxdur. Hər şey göz qabağındadır. Rəşad Azərbaycanın gəlmiş-keçmiş ən yaxşı müdafiəçilərindən biridir. Yüz milli oyunda oynamış biridir. Amma, bəzi məşqçilər öz aləmində həmin futbolçunu görmədiyi üçün sıxıntılar yaşana bilir. Rəşad “Kocaəlispor”a gəldiyində onunla görüşmüşdüm”.
Qeyd edək ki, Akagündüzün rəhbərlik etdiyi “Rapid” “Gabala Kup”da 3-cü olub.