“Oyuna ciddi hazırlaşmışdıq. İlk hissədə bir çox qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Ikinci hissədə rəqib bizdən üstün oynadı və lazım olan qolu vura bildilər. Həm də heyətimizdə oyun zamanı bəzi məcburi dəyişikliklər oldu, bu da oyunumuza təsirsiz ötüşmədi”.
Bu sözləri Sportal.az-a açıqlamasında 21 yaşlılardan ibarət milli komandamızın üzvü Ruslan Tağızadə bildirib. Gənc futbolçu uzun müddətdən sonra yenidən 21 yaşlılardan ibarət yığma komandaya dəvət alması ilə bağlı da öz fikirlərini dilə gətirib:
“Mən həmişə çalışmışam ki, çıxış etdiyim komandaya kömək edim və öz oyunumla milli komandaya dəvət alım. Bundan əvvəlki oyunlarda milliyə çağrılmamağımla bağlı bir şey deyə bilmərəm, çünki bu onların fikridir. İndidən sonra isə çalışacam ki, həm çempionat, həm də Avroliqa oyunlarında özümü yaxşı tərəfdən göstərim və əsas milliyə dəvət alım”.