Təcrübəli mütəxəssisin işsiz günləri başa çatdı
Yunis Hüseynov Azərbaycan çempionatında yeni iş yeri məlum olub.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Karvan" və "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı növbəti mövsümdən etibarən "Mil-Muğan"a rəhbərlik edəcək.
Dəqiqləşdirə bilmədiyimiz məqam isə, "Mil-Muğan"ın növbəti mövsümdə I Divizionda, yoxsa AFFA-nın qərarı ilə birbaşa Premyer Liqaya vəsiqə qazanacağıdır.
Yunis Hüseynov əvvəllər "Karvan", "Standard" və "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
saytlarin hazirlanmasi