Gündüz Abbaszadə: "Bu "Neftçi"nin iddiasız olacağı anlamına gəlmir"
Bu gün mətbuatda "Neftçi"nin Əlcəzairli futbolçu Həmzə Ait Umarı transfer etmək istədiyi barədə xəbərlər yayılıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu məsələyə son nöqtəni qoyub:
"Azerisport portalı “Neftçi” PFK-nın Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək niyyətində olduğu haqda xəbər yayıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, adı çəkilən futbolçunu “Neftçi” klubu tanımır, tanımaq belə istəmir. Əlcazair mətbuatına istinadla yazılmış xəbər həqiqəti əks etdirmir. Bu “Neftçi”nin adından istifadə edərək, özünü reklamdan başqa bir şey deyil. Biz “Neftçi” məni istəyir deyərək,qiymətini qaldırmaq niyyəti güdmüş futbolçular haqda da az məlumat almamışıq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, “Neftçi” bu yay maksimum 2 transferlə kifayətlənəcək. Yeni mövsümdə Samir Məsimov, Məqsəd İsayev eləcə də digər gənclərimizlə səviyyəli legionerlərin vəhdətindən təşkil olunmuş “Neftçi”nin izləyəcəksiniz. “Neftçi” PFK olaraq strategiyamız komandanı gəncləşdirməkdən ibarətdir. Bu “Neftçi”nin iddiasız olacağı anlamına gəlmir".
saytlarin hazirlanmasi