Hafiz Məmmədov "Lans"ın transfer bazarlığına nə qədər pul ayıracaq?

16:08 - 3 İyun 2014

"Lans" Liqa 1-də qalmaq uğrunda mübarizə aparmayacaq

 

"Lans"ı satmayan Hafiz Məmmədov "Land of fire Azerbaijan" brendi üçün əlindən gələni edəcək. Ötən ilin yayında Fransa klubunun səhmlər paketini alan tanınmış iş adamı Liqa 2-də qazanılan uğurlu nəticədən məmnundu. Necə də olmasa, şimal əyalətinin təmsilçisi 3 ildən sonra elitaya dönüb və indi bütün publika azərbaycanlı himayədarın nə edəcəyinə diqqət kəsilib.

 

Axı "Lans" azarkeşlərin daim nəticə tələb etdiyi klubdu. İddiasız komandanı nə onlar istəyir, nə də sponsor. Sportinfo.az-ın aldığı məlumata görə, yaxınlarda klubun pezidenti Jerve Martel Hafiz Məmmədovla görüşəcək. Artıq hansı məsələlərin müzakirə olunacağı təxmini məlumdu. "Lans" Liqa 1-də qalmaq uğrunda mübarizə aparmayacaq.

 

Hər halda bu erməni diasporunun Azərbaycanın əleyhinə apardığı təbliğat kampaniyasını susdurmaq üçün lazımdı. Məmmədov Fransada ölkəmizin maraqlarını qoruyan addımlar atmağa başlayandan bəri bədnam qonşularımızın hiddətinə səbəb olub və demək olar hər gün yerli pressada əleyhinə müxtəlif böhtan xarakterli yazılar verilir.

 

Bu səbəbdən Məmmədov "Lans"in iddia olmasında maraqlıdı. Ki, Fransanın ən köklü klublarından birinin sahibi kimi Azərbaycanın reytinqinə xələl gəlməsin. Bunun üçün hər cür imkanı var və müflis olması barədə xəbərlər kökündən yanlışdı. Aldığımız məlumata görə, ünlü maqnat Lans şəhərin eyniadlı komandasının avrokuboklar uğrunda mübarizə aparmasını istəyir. Yəni ki, onun "Bakı" və "Atletiko"ya maya buraxması "Lans"ın çıxışına əngəl yaratmayacaq.

 

O, Fransa klubunun baş məşqçisi Antonio Kambuare ilə də bir araya gələcək. PSJ-nin sabiq çalışdırıcısı Liqa 1-də oynatmaq istədiyi futbolçuların siyahısını artıq hazırlayıb. Təcrübəli mütəxəssis hazırkı komandanın demək olar yarıdan çoxunu dəyişmək niyyətindədi. Odu ki, H.Məmmədovun yay transfer bazarlığına 40 milyon avroya yaxın büdcə ayıracağı gözlənilir. 

Xəbər xətti