"Petev ölkəsində adından söz etdirmiş mütəxəssisdir"
Xəbər verdiyimiz kimi, dünən "Qəbələ"ni bolqarıstanlı baş məşqçi ilə İoyla Petevle anlaşdığı xəbərini vermişdik.
Klubun baş meneceri Zaur Əzizov yeni baş məşqçi haqqında Sportal.az-ın suallarını cavablandırıb:
- Bolqarıstanlı mütəxəssislə rəsmən müqavilə bağlamısınız?
- Demək olar ki, bütün detallarda razılığa gəlmişik, sadəcə müqavilə imzalaması qalıb
- Ümumiyyətlə, Petev "Qəbələ"nin oyununa baxıb? Və heyətdə nə cür dəyişikliklər edəcək?
- Əlbəttə ki, komandanın oyununa baxıb və onun da öz düşüncüləri var. Lakin heyətdə dəyişiklik edib-etməyəcəyi haqqında müzakirələr aparmamışıq. Sözsüz ki, rəsmi müqavilə imzalandıqdan sonra o da futbolçularla bağlı öz fikirlərini bildirəcək.
- Onun qarşısına nə məqsəd qoyulub?
- Sözsüz ki, bizim istəyimiz də "Qəbələ"nin uğur qazanmasıdır. Bu barədə baş məşqçi ilə söhbətimiz olub, o da iddialı olduğunu bizə bildirib.
- Bolqarıstan mətbuatı yazıb ki, Petev ikiillik müqavilə imzalayıb və "Qəbələ"də ilinə iki milyon pul qazanacaq.
- Onun ildə iki milyon qazanması üçün, gərək uzun illər Azərbaycanda çalışsın. Düzü, mətbuatda bununla bağlı şişirdilmiş rəqəmlər göstərilir. Bu da Azərbaycan reallıqlarına uyğun deyil. İkiillik müqavilə bağlayacağımız doğrudur, amma rəqəm səhvdir.
- İoyla Petev Azərbaycanda, istərsə də dünyada elə də tanınan deyil. Baş məşqçi postuna başqa namizədlər var idi?
- Kənarda o qədər tanınmasa da, ölkəsində adından söz etdirmiş mütəxəssisdir. Bolqarıstanda iki il işləyib və uğurlu nəticələr qazanıb. Güclülər dəstəsində iki aldırcıl komandasına qızıl medallar qazandırıb. Bizdən başqa, o, bir neçə komandadan təkliflər almışdı. Kiprdə çempionluğa yaxın idi, sadəcə son oyunda əsas rəqibinə məğlub olaraq, ikinciliklə kifayətləndi. Gənc məşqçilərə şans vermək bir qədər riskli olur, ancaq Petev işlədiyi komandalarda nəticə göstərib. İnanırıq ki, buradada özünü göstərəcəkdir.
- Yeni baş məşqçinin köməkçiləri məlumdur?
- Onu deyə bilərəm ki, iki dənə bolqarıstanlı məşqçi gətirəcək. Qapıçı hazırlığı üzrə məşqçi Dmitri Kramarenko və yerli məşqçilərdən Sənan Qurbanov da vəzifəsində qalacaq.
saytlarin hazirlanmasi