Flavinyodan 12 məhsuldar ötürmə

13:46 - 5 İyun 2014

Reynaldodan 22 qol
 
Premyer Liqada ötən mövsümün ən çox qol vuran və ötürmə verən futbolçuları məlumdur.
 
Sportal.az xəbər verir ki, mövsüm ərzində vurduğu 22 qolla komandasının çempionluğunda böyük pay sahibi olan “Qarabağ”lı Reynaldo 3 dəfə də komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. Çempionatın bombardirləri siyahısında 14 qolla ikinci olan Vaqif Cavadov isə 8 dəfə komanda yoldaşlarının qol vurmasına kömək edib.

Qol ötürmələrinin sayında “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo hamını qabaqlayıb. 12 dəfə komanda yoldaşlarına qol ötürməsi verən Flavinyo özü bu mövsüm cəmi 3 qol vura bilib.

Xəbər xətti