Türkiyəli mütəxəssisin doğru qərarı
Dünən Oğuz Çətinin rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisi təyin olundu.
Sportal.az xəbər verir ki, Oğuz Çətin sabiq çalışdırıcı Mustafa Dənizlidən bir sıra xüsusiyyətlərdə fərqlənirdi. Belə ki, Oğuz Çətin futbolçuları daha yaxşı başa düşərək, onları çox "sıxmır"dı və bunun nəticəsində ötən mövsüm Oğuz Çətinin rəhbərlyi altında 4 matça çıxan komanda bunların heç birində məğlub olmamışdı. Digər fərqləndirici məqam isə, Çətinin gənc futbolçulara şans verməsidir. Məsələn Ağabala Ramazanovu nümunə göstərmək olar. Dənizlinin "qara siyahı"sına düşən futbolçu əsas heyətlə məşqdən kənarda qalan futbolçu yalnız son 4 oyunda meydanda göründü ki, o zaman da komandaya Çətin rəhbərlik edirdi.
saytlarin hazirlanmasi