Süleymanov açıqladı: Mahir Şükürov komandada qalır?

15:18 - 6 İyun 2014

"Sadiqovla bağlı yekun qərarı tezliklə ictimaiyyətə təqdim edəcəyik"
 
"Neftçi" ilə müqaviləsi başa çatan Mahir Şükürovun dünən komanda ilə yeni müqavilə bağlaması haqqında xəbərlər gəzirdi.
 
Klubun vitse-prezidenti Tahir Süleymanov bu məsələyə və Rəşad Sadiqovun komandada qalıb-qalmayacağına Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Həm Rəşad Sadiqovun, həm də Mahir Şükürovun komandanın qazandığı nailiyyətlərdə böyük əməyi olub. Rəşad Sadiqovun klubla qarşıda 1 illik müqaviləsi var. Bu futbolçuya ölkənin aparıcı klublarından təkliflər var, onunla danışıqlar aparırıq. Sadiqovla bağlı yekun qərarı tezliklə ictimaiyyətə təqdim edəcəyik.
 
Mahir Şükürova gəlincə isə bu futbolçunun klubla müqaviləsi başa çatıb və hazırda sərbəst futbolçudur. İndiki məqamda istəsə başqa komandaya keçə bilər"
 
Süleymanov Cavid İmamverdiyevin "Ankaraspor"a keçidinə də münasibət bildirib:
 
"Ankaraspor" rəhbərliyi İmamverdiyevin heyətə qatması ilə bağlı bizə rəsmi müraciət ünvanlayıb. Onunda "Neftçi" ilə müqaviləsi olduğu üçün biz futbolçunu Türkiyə klubuna icarə əsasında göndərə bilərik. Bu haqda hələ biz cavabımızı verməmişik, yaxın zamanda hər şey məlum olacaq".

Xəbər xətti