“Azərbaycandan getdikdən sonra heç bir mətbuat orqanına açıqlama vermədim. Ilk dəfədir ki, danışıram. İndi də məsələ nədirsə, onu açıq söyləyirəm."Xəzər Lənkəran" komandasının idman direktoru olaraq mən çalışacam. Bizim də proyektimiz bu idi. İndi Oğuz Çətin toplanışla bağlı bütün məsələləri müzakirə edib, yekunda mənə təqdim edəcək. Mən ayın sonuna doğru Azərbaycana gələcəm və artıq tam bir heyət olaraq fəaliyyətimizə başlayacağıq. Düşünürəm ki, Oğuz Çətinin köməkçi məşqçilərindən biri Türkiyədən olacaq. Hələki, tam dəqiqləşdirmədiyimiz üçün adını sənə deyə bilmərəm. Amma, gələn həftə bilərsən inşallah”.
Qeyd edək ki, Oğuz Çətin dünən “Xəzər Lənkəran”ın baş məşqçisi kimi təsdiqlənib.