Futbolçu karyerasını ölkə kənarında davam etdirə bilər
"Neftçi" ilə müqaviləsi başa çatan Mahir Şükürov hazırda sərbəst futbolçudur.
Sportal.az-a daxil olan özəl məlumata görə, futbolçu karyerasının Türkiyədə davam etdirə bilər. Belə ki, PTT 1-ci Liqa təmsilçilərindən bir neçəsi Şükürovu öz heyətində görmək istəyir. Artıq futbolçunun iki klubla danışıqlara başladığı məlumatını da almışıq. Əgər maliyyə cəhətdən razılıq əldə olunsa, millinin üzvü növbəti mövsüm Türkiyədə forma geyinəcək.
saytlarin hazirlanmasi