Sportal.az xəbər verir ki, söhbət Azərbaycan çempionatının bombardirlərdinən biri, “Neftçi”nin sabiq üzvü Bahodir Nasimovdan gedir. Futbol11.az saytının özəl məlumatına görə, Nasimov artıq “İnter”in Türkiyədəki toplanışına qatılıb və klubla 1 illik müqavilə imzalayacaq. Onun iyunun 10-da, komanda Azərbaycana qayıdan zaman sözləşməyə imza atması planlaşdırılıb.