Moldova Avropa çempionu, Azərbaycan gümüş mükafatçı oldu VİDEO

14:55 - 8 İyun 2014

İdman jurnalistləri arasında Avropa birinciliyi başa çatıb
 
Bu həftə Vadul-lui- Vodedə (Moldova)  idman jurnalistləri arasında Avropa çempionatı keçirildi. Moldova yığması finalda Azərbaycanı məğlub edərək Avropa çempionu adını qazandı.

Sportal.az xəbər verir ki, turnirdə 8 komanda iştirak edib: Azərbaycan, Almaniya, Litva, Polşa, Rusiya, Ukrayna, Ruminiya və Moldova.

Turnirdə hər komandada karyerasını bitirmiş bir peşəkar futbolçunun iştirak etməsinə icazə verilib.

Xatırladaq ki, ötən il turnir Polşada baş tutmuşdu və Moldova Polşada qızıl medalların sahibi olmuşdu

Xəbər xətti