"Neftçi"nin kapitanı cənub təmsilçisində
"Xəzər Lənkəran" yeni baş məşqçisi Oğuz Çətinlə ilk transferini rəsmiləşdirməyə çox yaxındır.
Sportal.az-a daxil olan məlumata görə, "Neftçi"nin kapitanı Rəşad Sadiqov hər an "Xəzər Lənkəran"lı ola bilər. Belə ki, "Neftçi" rəhbərliyi kapitana digər klublarda danışıq aparmağa və transferinə icazə verib.
Millimizin üzvü isə artıq cənub təmsilçisi ilə danışıqlar aparır və Sadiqovu "Xəzər Lənkəran"dan bir imza ayırır ki, bu da yaxın günlərdə baş tutacaq.
saytlarin hazirlanmasi