- İnanıram, uğurlu seçim olacaq. Amma bunun üçün tək baş məşqçidən yox, biz futbolçulardan da çox şey asılıdır. Tez-tez baş məşqçi dəyişməkdə yaxşı hal deyil, bu qərara hörmətlə yanaşıram. Çalışacağıq ki, Oğuz Çətinlə iki il əvvəlki “Xəzər Lənkəran”ı geri qaytaraq.
- Mətbuatda yazılanlara görə, Mustafa Dənizli komandanı çox “sıxırdı”, məhz buna görə, futbolçular Oğuz Çətinin baş məşqçi olmasını istəyirdilər…
- Mətbuatda bizim haqqımda çox şey yazıla bilər. Futbolçu da bilir ki, bu onun işidir. İstər məşqçi və ya məşqlər pis olsun, peşəkar futbolçu öz işini peşəkarcasına düzgün və layiqli şəkildə yerinə yetirməlidir. Qaldı ki bu məsləyə, boş söhbətdir. Dənizlini hamımız yaxşı tanıyırıq, əgər pis olsaydı, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la çempionluq yaşamazdı. Hələ Dənizli Türkiyə millisi ilə nailiyyət qazanmış baş məşqçidir.
- Geridə qoyduğumuz mövsüm komanda həddindən artıq tənqidlərə məruz qaldı. Buna münasibətin necədir?
- Komandamızın tənqidə tuş gəlməyi hardasa doğrudur. Çünki “Xəzər Lənkəran” yarandığı ildən bəri ancaq çempionluq və ya avrokuboklara vəsiqə üçün oynayıb. Hamı bizdən qələbələr, çempionluqlar gözləyir. Düzdür, iki ildə həm məşqçi, həm də futbolçu dəyişiklikləri oldu. Ola bilsin, onlar adaptasiya problem yaşadılar və komanda istədiyi oyunu göstərə bilmədi. Bunun nəticəsində uğursuz nəticələr qeydə alındı. Bu futboldur, belə hallar hər bir böyük klubun başına gələ bilər. İndidən sonra geriyə yol yoxdur, ancaq irəli doğru gedəcəyik.
- Geridə qalan mövsümdə şahidi olduq ki, bəzi legionerlər komanda üçün can yandırmır. Səncə, belə legionerlərdənsə, gənc futbolçulara şans verilsəydi yaxşı olmazdı?
- Digər komandalara baxanda, bizdə legionerlər çoxluq təşkil edir və bəziləri işlərinə biganə yanaşırlar. 2-3 il əvvəl komandaya gələn legionerlərə baxdıqda, aradakı fərqi açıq-aydın görmək olur. Bizdə 8-9 yerli futbolçu var, onlardan da 3-4-ü oynayır, qalan 7-8-i isə legionerdi. Düzdür, bütün məsuliyyəti də legionerlərdə görmək olmaz. Futbol kollektiv oyundur. Qələbəni bir yerdə qazandığımız kimi, məğlubiyyəti də bir yerdə əldə edirik. Bu uğursuzluqda bütün oyunçuların günahı var.
- Növbəti mövsüm üçün komandanın hədəflərindən danışardın..
- Bird aha təkrar edirəm, indidən sonra nə uğursuzluğa, nə dəki bəhanəyə yer var. Bu mövsüm nəyin bahasına olursa olsun, çempionluq və avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq.
- Bəhram Bağırzadə müsahibələrinin birində bildirmişdi ki, “Xəzər Lənkəran”I düzəltmək üçün, birinci Lənkəranı düzəltmək lazımdır”. Bir cənublu olaraq, bu fikrə münasibətin necədir?
- Hamı qıraqdan baxıb nəsə danışa bilər. Bəs kənardan Lənkəran və ya “Xəzər Lənkəran” üçün nəsə edən var? Niyə 2-3 il əvvəl Məram Bağırzadə belə demirdi? Çünki onda “Xəzər Lənkəran” çempionluğa oynayırdı, avrokuboklara gedirdi. İnşallah, bu nəticələr yenə də olacaq. Belə sözlərə fikir vermək lazım deyil. Pis gündə hamı qıraqdan daş atır, yaxşı gündə isə hamı doğmalaşır.
- Saydığınız hər üç futbolçu Azərbaycan futbolunda sayılıb seçilənlərdəndi. Komandaya gəlsələr, gücümüzə güc qatacaqlar. Mən də istəyərəm ki, komandada yerli futbolçular daha çox olsun, nəinki gəlib ehtiyyatda qalan legionerlərdən.
- Həmişə rəqibimə hörmət edib rəqabət aparmışam, yenə də aparacağam. Məşq edib özümü daha yaxşı tərəfdən göstərəcəm. Oynadığm son iki il mənim üçün böyük təcrübə oldu, düzdü səhvlərim oldu, bu da normal haldır. Heç kimi qapıçı doğulmur ki? Bu iki il mənimçün böyük təcrübə və inkişaf oldu. Növbəti mövsüm var qüvvəmlə çalışacam ki, özümü yaxşı tərəfdən göstərim.