Hacıbala Abutalıbov : "Sonda isə "Neftçi"ni sevirəm"

12:56 - 10 İyun 2014

"Almaniyanın buna imkan verməyəcəyini düşünürəm"
 
"Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram".
 
Sportal.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

H.Abutalıbov dünya çempionatında azarkeşlik edəcəyi yığmanın da adını açıqlayıb: “İşlə əlaqədar dövlət tədbirləri və sair olmadığı təqdirdə dünya çempionatının bütün oyunları izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, "Qarabağ"ı sevirəm, sonda isə "Neftçi"ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdir. "Dinamo Kiyev" də həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna imkan verməyəcəyini düşünürəm”.

Xəbər xətti