Bu kluba Azərbaycan çempionatında oynamaq təklif olundu

11:09 - 11 İyun 2014

"Əlincə" I Divizionda?
 
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Masazır qəsəbəsinin Novxanı şossesi ərazisində inşa edilən stadionunun tikintisi başa çatmaq üzrədi. 2012-ci ilin oktyabrından "Qurtluş 93" yaşayış kompleksində yerləşən və inşasına başlanan təbii örtüklü arenada son tamamlanma işləri aparılır. Müasir tələblərə cavab verən 12500 yerlik stadionun ətrafında futbolçuların istirahəti və qalmaları üçün beşmərtəbəli otel də inşa edilib. Kompleksin iyunun 15-də - Milli Qurtuluş Günündə istifadəyə verilməsi nəzərdə tutulur. Bura "Əlincə" futbol klubuna aiddi. İdman Akademiyasının tərkibinə 4 kiçik yardımçı və 5000 nəfərlik 1 stadion da daxildi .Şimal zonasında isə böyük futbol məktəbi və 4 təbii ot örtüklü standartlara cavab verən stadion tikilməkdədi.  

"Əlincə" Futbol Akademiyası Hacı Məhərrəm Novruzov tərəfindən 2010-cu yaradılıb. Adının tarixi Naxçıvandaki Əlincə qalasıyla bağlıdı. yerləşir. "Bağçalı Evlər MTK"nın sponsorluğu ile maliyyələşir. Tərkibində 6 komanda fəaliyyət göstərir. Akademiyanın prezidenti Elşad Kəlbəliyevdi.
 
 
Sportinfo.az-ın aldığı məlumata görə, "Əlincə" yeni mövsümdən I Divizionda mübarizə apara bilər. Belə ki, artıq AFFA və PFL-dən onlara belə bir təklif verilib. Hər cür şəraitə malik klubun rəhbərliyi fikirləşmək üçün vaxt istəyib. AFFA-nın keçirdiyi respublikamiqyaslı yarışlarda qüvvəsini sınayan əlincəlilər artıq müəyyən nəticələr qazanıb və birinci dəstədə yarışmağa qadirdi.
 

Xəbər xətti