AFFA baxsın, utansın! FOTOLAR

11:35 - 11 İyun 2014

Moldovanın var, bizim yox

 

Azərbaycan futboluna yatırılan pulların səmərəsiz şəkildə xərclənməsi ilə bağlı dəfələrlə yazılar yazmışıq. AFFA-nın qeyri-effektiv fəaliyyətinin nəticəsidir ki, hələ də milli komandaların təlim-məşq bazası yoxdur.

 

AFFA-nın illik büdcəsinin tən yarısı milli komandalara xərclənir. Ancaq bu komandalar üçün baza inşa etdirmək üçün heç bir iş görülməyib.

 

Müqayisə üçün Moldova millisinin təlim-məşq bazasının görüntülərini təqdim edirik. AFFA baxsın, utansın. Maddi imkanlarına görə Azərbaycandan çox-çox geridə olan Moldova Futbol Federasiyasının futbola yanaşmasına baxın, bir də bizim AFFA-ya! 

 

Xəbər xətti