Madrid təçsilçisində ciddi itki
İspaniyanın "Real Madrid" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Sami Hedira Kral Kubokunun 1/16 final mərhələsində "Kornelya" ilə matçda (5:0) zədələnib.
Həkimlər Almaniya millisinin üzvünə beyin silkələnməsi diaqnozu qoyub. Futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi məlum deyil.
Sami Hedira "Kornelya" ilə görüşdə rəqiblə toqquşmadan sonra huşunu itirmiş və daha sonra xəstəxanaya aparılmışdı.