İntizam Komitəsi belə qarar verdi
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Barselona" klubunun Lionel Messinin cəzasının ləğvi ilə bağlı müraciətinə cavab verib.
Sportal.az xəbər verir ki, federasiya Kataloniya təmsilçisinin etirazlarını müsbət dəyərləndirərək Messinin "Valensiya" ilə görüşdə aldığı sarı vərəqəni ləğv edib. "Valensiya" ilə oyunda başına şüşə atılan argentinalı futbolçu meydançaya gec qayıtdığı və vaxtı uzatdığı üçün sarı vərəqə almışdı.
İntizam Komitəsi "Malaqa" ilə görüşdə ikinci sarı vərəqə ilə cəzalandırılan Madrid "Real"ının yarımmüdafiəçisi İskonu bağışlamayıb. Belədə İsko La Liqanın növbəti turunda "Selta" ilə oyunu kənardan izləməli olacaq.
saytlarin hazirlanmasi