"Valensiya" klubunda qadın prezident

19:00 - 5 Dekabr 2014

İspaniya təmsilçisində ilk

 

İspaniyanın "Valensiya” klubunun yeni prezidenti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, klubu qadın prezident idarə edəcək. Sabiq prezident Amadeo Salvonun istefasından sonra onun yerinə sinqapurlu Çan Lay Hun gətirilib.
 
"Valensiya” sinqapurlu iş adamı Peter Lim tərəfindən alındıqdan sonra komandaya yeni prezident təyinatı həyata keçirilib.

Qeyd edək ki, "Valensiya” La Liqada 9-cu pillədədir.

Xəbər xətti