İspaniya La Liqası: "Barsa" üzüldü, "Valensiya" sevindi

02:15 - 14 Dekabr 2014

"Malaqa" "Selta"dan üstün oldu
 
İspaniya La Liqasında 15-ci turun oyunları start götürüb.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında lider “Real” “Almeriya”nın qonağı olub. 34-cü dəqiqədə İsko madridridliləri hesabda önə keçirib.
 
Lakin qonaqların qol sevinci 5 dəqiqə çəkib. Ev sahibləri Verzayla hesaba tarazlıq gətirib. Karlo Ançelottinin komandası fasiləyə qədər hesabda üstünlük əldə edib. “Real”ın uesli ulduzu Beyl fərqlənib. Matçın sonlarında səhnəyə portuqaliyalı hücumçu Ronaldo çıxıb. La Liqanın bombardiri “Almeriya” ilə qarşılaşmada dubl edərərk komandasının böyükhesablı qələbəsini rəsmləşdirib.
Turnir cədvəlində Madrid təmsilçisini izləyən “Barselona” “Xetafe” ilə üz-üzə gəlib. 90 dəqiqə ərzində Kataloniya təmsilçisi rəqibin qapısına yola tapa bilməyib və nəticədə xal itirib.
 
İspaniya La Liqası 15-ci tur
 
12 dekabr
  
“Almeriya” – “Real”  1:4
Qollar: Verza, 39 - İsko, 34, Beyl, 42, Ronaldo, 81, 88
 
 
13 dekabr
 
 “Xetafe” – “Barselona”  0:0
 
“Valensiya” – “Rayo Valyekano”  3:0
Qollar: Fequli, 13, 34, Piatti, 36
 
“Kordoba” – “Levante”  0:0
 
"Malaqa” – “Selta”  1:0
Qol: Samuel, 21
 
14 dekabr
 
15:00 “Espanyol” – “Qranada”
20:00 “Sevilya” – “Eybar”
22:00 “Atletiko” – “Vilyarreal”
00:00 “Real Sosyedad” – “Atletik”
 
15 dekabr
 
23:45 “Deportivo” – “Elçe”
 

Xəbər xətti