"Futbolçu karyerasını "Real"da başa vurmaq istəyir"
“Real” klubu müdafiəşi Serxio Ramosla müqaviləni yeniləməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, klubun prezidenti Florentina Peres 28 yaşlı futbolçuyla müqaviləni uzadacaqlarına işarə vurub:
“Serxio Ramos karyerasını “Real”da başa vurmaq istəyir. Onun komandada qalmasını biz daha çox arzulayırıq. Çünki, o, dünyanın ən güclü müdafiəçisidir. Belə bir futbolçuya ehtiyacımız var. Ona gorə də Ramosla yeni və uzun müddətli müqavilə bağlayacağıq”.
2005-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyan təcrübəli futbolçu “Real”la 3 dəfə (2006/07, 2007/08, 2011/12) İspaniya çempionu, 2 dəfə (2010, 2013) ölkə kubokunu, 2 dəfə (2008, 2012) İspaniya Superkubokunu və 1 dəfə Çempionlar Liqası kubokunu qazanıb.
saytlarin hazirlanmasi