Uruqvaylı müdafiəçi "Atletiko"da qalacaq
“Mançester Yunayted” və “Çelsi”dən gələn təkliflərə baxmayaraq, Dieqo Qodin “Atletiko” klubunu tərk etmək fikrində deyil.
Sportal.az xəbər verir ki, Uruqvay millisinin aparıcı üzvü karyerasını İspaniyada davam etdirmək istəyir. 28 yaşlı müdafiəçinin “Atletiko” ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. Cari mövsüm madridlilərin heyətində 23 oyuna çıxan Qodin rəqib qapılarından 3 top keçirib.
saytlarin hazirlanmasi