Kasilyas üçün yubiley oyun
Madridin "Real" klubu Klublararası dünya çempionatının final matçında "San-Lorenso"nu 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu matç İspaniya nəhənginin qolkiperi İker Kasilyas üçün əlamətdar olub. 33 yaşlı qapıçı "Kral klubu"nun heyətində 700-cü rəsmi matçına çıxıb.
İspaniya millisinin kapitanı Madrid klubunda ən çox oyun keçirən üçüncü futbolçudur.
Qeyd edək ki, Kasilyas Manuel Sançesdən 9, Raul Qozalesdən isə 41 matç geri qalır.
saytlarin hazirlanmasi