Yarımmüdafəçidən açıqlama
"Barselona"nın təcrübəli ulduz futbolçusu Xavi karyerasını bitirmək istədiyini açıqlayıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu öz açıqlamasında bunları qeyd edib:
"Barselona"da özümü çox yaxşı hiss edirəm. Burada yaşadığım hissləri Madriddə yaşıya bilməzdim. Açığını desəm, komandanı tərk etmək istəmirəm. Heyyətə yeni gənc futbolçular cəlb olunur, buna görə də hətta ehtiyatda qalmağa da razıyam. Lakin, karyeramı bitirmək daha yaxşı olardı. Düzünü desəm, hələ karyeramı bitirdikdən sonra nə işlə məşğul olacağımı bilmirəm. Bəlkə də, idman direktoru və ya uşaq məşqçisi vəzifəsində ola bilərəm. Ancaq ona əminəm ki, futbol həyatından uzaqlaşmayacam."
saytlarin hazirlanmasi