Braziliyalı hücumçuyla 2020-yə qədər yeni anlaşma
"Barselona" klubu Neymarla müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlayacaq. Mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq 22 yaşlı forvard ispanlarla sözləşməsini yeniləyəcəyi halda 2020-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq. Cari mövsüm 18 oyunda forma geyinən Neymar rəqib qapılarına 14 dəfə yol tapıb.
saytlarin hazirlanmasi