"Atletiko"nun futbolçuları siyahıda çoxluq təşkil edir
İspaniya La Liqasında 2014-cü ilin ən yaxşıları bəlli olub.
Sportal.az xəbər verir ki, "Atletiko"nun 4 futbolçusu ilin rəmzi komandasında yer alıb.
Ötən mövsüm İspaniya La Liqasının qalibi olan və Çempionlar Liqasının finalına yüksələn "Land of Fire Azerbaijan" formalı komandanın baş məşqçisi və futbolçuları ilin ən yaxşıları sırasında yer alıb.
Ən yaxşı komanda: "Atletiko" (Madrid)
Ən yaxşı baş məşqçi: Dieqo Simeone ("Atletiko", Madrid)
Ən yaxşı oyun: "Barselona" - "Atletiko". Madrid təmsilçisinin çempionluğunu rəsmiləşdirdiyi matç
Ən yaxşı futbolçu: Dieqo Qodin ("Atletiko", Madrid)
Ən yaxşı gənc oyunçu: Manuel Triqueros ("Vilyareal")
Ən yaxşı qol: "Real"ın hücumçusu Kriştiano Ronaldonun "Valensiya"ya topuqla vurduğu qol.
saytlarin hazirlanmasi