Futbolçu yaşıl meydanlara qayıdır
İspaniyanın "Atletiko" klubunun futbolçusu Arda Turan zədəsini tam olaraq sağaldıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Ardanın bu gün La Liqada "Levante" ilə matçda oynayacağı gözlənilir. Türkiyə millisinin üzvü ayaq əzələsindən yüngül xəsarət almışdı.
Qeyd edək ki, "Atletiko Madrid" - "Levante" görüşü bu gün Bakı vaxtı ilə saat 19:00 keçiriləcək
saytlarin hazirlanmasi