Autsayder iddialıdan 1 xal qopardı
İspaniya La Liqasında 17-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, yüksək yerlər uğrunda mübarizə aparan “Vilyarreal” turnir cədvəlinin autsayderi “Elçe”nin qonağı olub.
İlk 20 dəqiqədə Vietto və Uçenin sayəsində rəqibin qapısına iki dəfə yol tapan qonaqlar bu üstünlüyü fasiləyədək qoruya bilməyiblər. Belə ki, meydan sahibləri 8 dəqiqə ərzində hesaba tarazlıq gətiriblər. Əvvəl Conatas ardınca da Rodriges fərqlənib.
“Elçe” – “Vilyarreal” 2:2
Qollar: Conatas, 26, Rodriges, 34 - Vietto, 13, Uçe, 17
saytlarin hazirlanmasi