"Vilyarreal" autsayderlə oyunda xal itirdi
İspaniya La Liqasında 17-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun açılış matçında “Atletiko” – “Levante” üz-üzə gəlib. Madrid təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Günün ikinci qarşılaşmasında “Sevilya” doğma divarlar arxasında “Selta”nı sınağa çəkib. 32-ci dəqiqədə Pareya oyunun taleyini həll edib. Məhz onun vurduğu qolla əndəluslular 3 xal qazanıblar. “Vilyarreal” səfərdə autsayder “Elçe”ylə heç-heçə edib.
“Deportivo” doğma meydanda “Atletik”ə qalib gəlibsə, “Malaqa” evdə “Almeriya” qarşısında aciz qalıb.
İspaniya La Liqası 17-ci tur
3 yanvar
"Atletiko” – “Levante” 3:1
Qollar: Qriezmann, 18, 47, Qodin, 82 – Əl Zar, 62
“Sevilya” - “Selta” 1:0
Qol: Pareya, 32
“Elçe” – “Vilyarreal” 2:2
Qollar: Conatas, 26, Rodrigues, 34 - Vietto, 13, Uçe, 17
"Deportivo” – “Atletik” 1:0
Qol: Kavaleyro, 24
“Malaqa” – “Almeriya” 1:2
Qollar: Samuel, 73 - Hemed, 39, 76-pen
4 yanvar
15:00 “Xetafe” – “Rayo Valyekano”
20:00 “Valensiya” – “Real”
22:00 “Espanyol” – “Eybar”
00:00 “Real Sosyedad” – “Barselona”
5 yanvar
23:45 “Kordoba” – “Qranada”
saytlarin hazirlanmasi