Subisarretanı Monçi əvəzləyə bilər
“Sevilya” klubunun idman direktoru Ramon Rodriges Monçi “Barselona”ya gətirilir.
Sportal.az xəbər verir ki, “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu sözügedən mütəxəssisi klubun idman direktoru vəzifəsinə dəvət edib. Andoni Subisarreta komandanın uğursuz çıxışı və transferlərdə buraxdığı səhvlərə görə idman direktoru vəzifəsindən istefa verib.
Monçi “Sevilya” komandasını tərkə etməyə tələsmir. Katoloniya təmsilçisinə FİFA-nın transferlə bağlı qoyduğu qadağa mütəxəssisin “Barsa”da işinə başlamasına mane olur. Monçi qadağanın aradan qaldırılımasından sonra kataloniyalılara kömək edəcək.
Bu arada Subesarretanın ardınca “Barselona”nın əfsanəvi müdadfiəçisi Puyolun da klubla yollarını ayırdığı məlum olub.
saytlarin hazirlanmasi