Ev sahiblərinə 44 dəqiqə bəs etdi
İspaniya La Liqasında 17-ci turun oyunları başa çatıb.
Sportal.az xəbər verir ki, tura autsayderlərin dueli “Kordoba” və “Qranada” görüşü ilə yekun vurulub. Meydan sahibləri oyunun taleyini elə birinci hissədə həll edib.
16-cı dəqiqədə Qilas komandasını hesabda önə çıxarıb. İlk yarının sonunda Andone hesab arasında fərqi artırıb. İkinci hissədə üstünlüyü əldən verməyən ev sahibləri sonda qələbəni bayram edib.
“Kordoba” – “Qranada” 2:0
Qollar: Qilas, 16, Andone, 44
saytlarin hazirlanmasi