Bartomeu baş verən qalmaqala münasibət bildirdi
“Real Sosyedad”a məğlubiyyətdən (1:0) sonra “Barselona”nın lideri Lionel Messiylə baş məşqçi Luis Enrike arasında yaşanan qalmaqala klub prezidenti Xose Mariya Bartomeu reaksiya verib.
Sportal.az xəbər verir ki, klub rəhbəri nə Enrike nə də Messi komandanı tərk edəcəyini vurğulayıb:
“Luis Enrike komandanın baş məşqçisidir. Onunla iki illik müqaviləmiz var və bu müddət ərzində bəzi lahiyələr həyata keçirəcəyik. Messiyə gəlincə, futbolçunun klubla 2018-ci ilə qədər müqaviləsi var. Hamıya da məlumdur ki, argentinalı hücumçunu hələ satmaq fikrində deyilik. Ona görə də, nə Enrike, nə də Messi “Barselona”nı tərk edəcək”.
saytlarin hazirlanmasi