"Oyun üslubu və hakimlik..."
Son vaxtlar adı "Mançester Yunayted"lə hallanan Serxio Ramos İspaniya kuboku çəərçivəsində keçirilən "Atletiko" - "Real" 2:0 matçından sonra maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, görüşün 56-cı dəqiqəsində şübhəli vəziyyətdə hakimin penalti verməsi ilə əsəblərini cilovlaya bilməyən Ramos oyundan sonra bunları dilə gətirib:
"Bu oyun haqqında mübahisə etmək istəmrəm, ən əsası da penaltı vəziyyəti ilə bağlı. Lakin onu deyə bilərəm ki, İngiltərə Premyer Liqası bu kimi hallarda çox cəlbedici görsənir. Orada oynanılan oyun üslubu və Hakimin matçı soyuqqanlı idarə etməsi variantını çox bəyənirəm."
saytlarin hazirlanmasi