"Barselona" FİFA ilə əməkdaşlığa son qoydu, "Qızıl top" tədbirində iştirak etməyəcək

15:55 - 8 Yanvar 2015

"Katalon" klubunun prezidentindən gözlənilməz qərar

 

"Barselona"nın prezidenti Xose Mariya Bartomeu öz açıqlamasında ali futbol qurumu olan FİFA ilə əməkdaşlığa son qoyduqlarını bildirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, transfer məsələsində məlum cəzaya məruz qalan "Barselona"nın prezidenti FİFA ilə əməkdaşlığa son qoyduqlarını və 12 yanvarda keçiriləcək "Qızıl top" tədbirinə də qatılmayacaqlarını dilə gətirib.

 

Qeyd edək ki, "Qızıl top" mükafatına 3 namizədin arasında "katalonlar"ın ulduz futbolçusu Lionel Messi də var.

Xəbər xətti