"Atletik", "Xetafe" və "Vilyarreal" 1/4 finalda
İspaniya ölkə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyunda “Selta”ya səfərdə 4:2 hesabı ilə qalib gələn “Atletik” evdə gözlənilmədən məğlubiyyətlə üzləşib. “Zolaqlılar” edoğma meydanda 2:0 uduzmasına baxmayaraq, səfərdə vurulan qolların hesabına növbəti mərhələyə adlayıb.
“Xetafe” isə evdə “Almeriya”nı üstələyib. İlk oyunda bərabərə (1:1) qalan “Xetafe” cavab matçında 1:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.
Maraqlı oyunlardan biri də "Real Sosyedad" və "Vilyarreal" komandaları arasında baş tutub. İlk görüşdə səfərdə rəqibinə minimal (1:0) məğlub olan "Real Sosyedad" evdə heç-heçə edərək kubokda mübarizəni dayandırıb.
Azərbaycan yığmasında oynamağa razılıq verən Eddi İsrafilovun çıxış etdiyi "Qranada" klubu isə səfərdə "Sevilya"ya qarşılaşıb. İlk görüşdə "zolaqlılar"a 2:0 hesabı ilə qalib gələn əndəluslular bu dəfə rəqibin qapısından 4 cavabsız top keçiriblər.
İspaniya kobuku 1/8 final mərhələsinin cavab oyunları
"Xetafe" – "Almeriya" 1:0 (İlk oyun 1:1)
Qol: Alvaro Vaskes, 76
"Atletik" – "Selta" 0:2 (İlk oyun 4:2)
Qollar: Eçeyta, 49 – öz qapısına. Orelyana, 61–pen
"Real Sosyedad" – "Vilyarreal" 2:2 (İlk oyun 0:1)
Qollar: Vela, 45, Qranero, 75 - Moreno, 27, Dos Santos, 73
“Sevilya” – “Qranada” 4:0 (İlk oyun 2:0)
Qollar: Qameyro, 18, 55, Aspas, 28, Suares, 64
saytlarin hazirlanmasi