Devid Moyesin komandası mübarizəni dayandırdı
İspaniya ölkə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, maraq doğuran oyunlardan biri də "Real Sosyedad" və "Vilyarreal" komandaları arasında baş tutub.
İlk görüşdə səfərdə minimal (1:0) məğlub olan "Real Sosyedad" evdə rəqibinin müqavimətini qıra bilməyib. Devid Moyesin komandası doğma meydanda heç-heçə (2:2) edərək kubokda mübarizəni dayandırıb.
"Real Sosyedad" – "Vilyarreal" 2:2 (İlk oyun 0:1)
Qollar: Vela, 45, Qranero, 75 – Xerard Moreno, 27, Dos Santos, 73
saytlarin hazirlanmasi