"Kral klubu" kubokla vidalaşdı
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, günün ən maraqlı matçı Madriddə baş tutub.
Paytaxtın iki komandası “Real” və “Atletiko” klubları üz-üzə gəlib. “Visente Kalderon” stadionunda reallaşan ilk görüşdə Dieqo Simeonenin komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Madrid derbisinin ikinci görüşündə heç-heçə qeydə alınıb.
Bu oyunun əsas qəhrəmanı qonaq komandanın yeni transferi Fernando Torres olub. Məhz onun dublu sayəsində "Atletiko" səfərdə iki dəfə hesabda önə keçib. Meydan sahibləri buraxılan qollardan hər ikisinin əvəzini çıxsa da, sonda istədiyi nəticəni əldə edə bilməyib. Belədə "Kral klubu" kubokda mübarizəni dayandırmalı olub.
"Real" - "Atletiko" 2:2 (İlk oyun 0:2)
Qollar: Ramos, 20, Ronaldo, 54 - Torres, 1, 46
saytlarin hazirlanmasi