Müdafiəçi klubla razılaşmadı
“Real”ın müdafiəçisi Serxio Ramos Madrid klubunun müqaviləni yeniləmək üçün ona göndərdiyi təklifi geri çevirib.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ramos klubun prezidenti Florentino Peresle görüşüb. Təcrübəli futbolçu 2017-ci ilin iyununda başa çatacaq müqaviləni uzatmaq istəməyib.
Ona təklif edilən maaş az olduğu üçün S.Ramos F.Pereslə razılaşmayıb. Madrid təmsilçisinin müdafiəçiyə 6 milyon avro təklif etdiyi iddia olunur.
saytlarin hazirlanmasi