Yarımmüdafiəçi xəsarət alıb
Madridin "Real" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın gənc yarımmüdafiəçisi İsko məşq zamanı sıradan çıxıb.
Onun İspaniya La Liqasında "Kordoba" ilə matçda oynamayacağı bildirilib. Zədəsi hələ sağalmayan Pepe də sözügedən qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, "Kordoba" - "Real" oyunu bu gün Bakı vaxtı ilə 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi