İki oyunluq cəza
"Kordoba" ilə La Liqa matçında rəqibini vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İntizam Komitəsi etdiyi hərəkətə görə portuqaliyalı futbolçuya iki oyunluq cəza verib. Bu isə o deməkdir ki, Ronaldo "Real Sosyedad" və "Sevilya" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi